Azərbaycan çempionatlarında mövsümün məhsuldarlıq rekordu yenilənib
İdman

Azərbaycan çempionatlarında mövsümün məhsuldarlıq rekordu yenilənib

Futbol üzrə Azərbaycan çempionatlarında 2023/2024-cü illər mövsümünün rekordu qeydə alınıb.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II Liqanın XI turuna təsadüf edib. “Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.

Həmin görüşdə 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi matça qədər mövsümün heç bir qarşılaşmasında qol sayı ikirəqəmli ədədlə ifadə olunmayıb.

Premyer Liqa, I Liqa, II Liqa və Əvəzedicilər liqasının geridə qalan hissəsinin əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınıb. Bu, II Liqanın “Kür-Araz” - “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.

10 və ya daha çox qolun vurulduğu son matç 2022/2023-cü illər mövsümündə baş tutub. I divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıblar.