“Avropanın ikili standartları: Azərbaycana qarşı məkrli davranışların arxasındakı səbəblər” mövzusunda dəyirmi masa
Sosial həyat

“Avropanın ikili standartları: Azərbaycana qarşı məkrli davranışların arxasındakı səbəblər” mövzusunda dəyirmi masa

Ötən gün Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) mərkəzi ofisində "Avropanın ikili standartları: Azərbaycana qarşı məkrli davranışların arxasındakı səbəblər" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə TAİB-in idarə heyətinin üzvləri, gənclər təşkilatının təmsilçiləri və Avropadakı aparıcı diaspor təşkilatlarımızın rəhbərləri - Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru, "Niderland-Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli, Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri, "Haber" qəzetinin müxbiri və Life24 TV-də yayımlanan "Can Azərbaycan" proqramının müəllifi və aparıcısı Kəmalə Cəlilova, İsveç Azərbaycanlıları Birliyinin (SAF) sədri, İsveçin Stokholm şəhərində fəaliyyət göstərən "Qarabağ" məktəbinin rəhbəri Sevda Dadaşova iştirak ediblər. Çıxış edənlər AŞPA-nın Azərbaycana qarşı qərəzli siyasətini pisləyib və nümayəndə heyətimizin əməkdaşlığı müvəqqəti dayandırmaqla bağlı qərarını dəstəklədiklərini bildiriblər.

“Respublika”.