Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı bəlli olub
İdman

Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı bəlli olub

III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular.