İdman

"Fənərbaxça"ya texniki məğlubiyyət və pul cəzası verilib

Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Superkubok matçında "Fənərbaxça" futbol klubunun meydanı tərk etməsi səbəbindən onun 3-0 hesabı ilə məğlub sayılacağına və komandanın 4 milyon türk lirəsi məbləğində cərimələnməsinə qərar verib.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasından (TFF) məlumat verilib. Qeyd edlib ki, aprelin 7-də Şanlıurfada "Qalatasaray"la oynanılan, lakin "Fənərbaxça"nın 2-ci dəqiqədə meydandan geri çəkilməsi səbəbindən yarımçıq qalan Superkubok matçı ilə bağlı qərarlar müəyyənləşib.

Qeyd edək ki, meydanda baş verən hadisələrə, çirkin şüarlara görə “Qalatasaray”a 212 min türk lirəsi məbləğində cərimə tətbiq edilib.