ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yenə köhnə ampluasında
Siyasət

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yenə köhnə ampluasında

Bu gün həm ABŞ-ın, həm də kollektiv Qərbin bəzi ölkələrinin seçki prosesi ilə bağlı davranışı təəccüb və təəssüf doğurur. Yəni öz ölkələrində normal seçki keçirməyi bacarmayanlar başqalarına dərs keçmək istəyirlər. Rəsmi Vaşinqtonda keçirilən sonuncu seçkiləri hələ indiyə qədər Tramp tanımayıb. Hətta ABŞ konqresinə yürüş də keçirilib. Nəticədə toqquşma yaşandı, insanlar həlak oldu. Burada ölü canların səsvermə prosesində iştirak etməsilə bağlı faktlar da var. Ağ Evin prezidenti bu yolla seçilib. Qəribədir, Bayden bəzən hava ilə salamlaşır və ya 28 il əvvəl ölmüş bir şəxslə olan əhvalatını bu gün baş veribmiş kimi danışır. ABŞ-da reallıq belədir.

Birləşmiş Ştatların səfirliyi səviyyəsində Azərbaycanda keçirilən seçkilərə neqativ qiymət vermək istəyir və bu zaman da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna istinad edirlər. Əslində ABŞ-ın müvafiq quruma istinad etməsinin özü gülüncdür. Çünki öz ölkələrində bir neçə il bundan əvvəl keçirilmiş prezident və konqres seçkilərində belə bir fakt qeydə alınmışdı. Belə ki, ATƏT-in müvafiq Bürosunun seçki məntəqəsinə 30 metrdən çox yaxınlaşacağı təqdirdə üzvlərinin həbs olunacağı ilə bağlı Texas prokuroru bəyanat vermişdi. Bu da Ağ Evin Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna olan münasibəti. İndi ona böyük bir qurum kimi istinad edirlər. Bu, doğrudan da absurddur.

Amma bu dəfə əksər beynəlxalq təşkilatların 800-ə yaxın üzvü seçkini müşahidə edib. Onların yekdil bəyanatları isə belə olub: seçki demokratik, şəffaf şəraitdə keçirilib, prosesə xələl gətirəcək hər hansı bir hadisə baş verməyib. Sonda onlar vurğulayıblar ki, əldə olunan yüksək nəticə xalqın Prezidentə olan yüksək etimadının göstəricisi, Azərbaycan vətəndaşlarının öz Liderinə olan sevgisinin ifadəsidir.                                                                            

Elman NƏSİROV,

Milli Məclisin deputatı.