Arzumuz, sevincimiz, həyat sevgimiz
Sosial həyat

Arzumuz, sevincimiz, həyat sevgimiz

Uşaqlıq ömrün ən gözəl çağı, növrağıdır. Heç vaxt unudulmayan, hafizəmizə acılı-şirinli anları ilə hopan bir dövrdür. İllər ötdükcə, insan yaşa dolduqca uşaqlıq illərini yalnız xoş xatirə, təbəssümlə xatırlayır. Arxada qoyub gəldiyin o çağlara dönmək, yenidən yaşamaq istəyirsən. Uşaqlaşmaq, uşaq olmaq istəyirsən. Arzular, istəklər, tələblər böyüyür, amma daxilində qalan uşaqlıq heç vaxt böyümür, dəyişmir. qədər yaşlansan da, yenə o günlərə dönmək istəyirsən.

Uşaqlar ölkənin, cəmiyyətin gələcəyi, millətin aynası olduğu kimi, həm bir şəxsiyyətdir. Biz, yəni böyüklər uşaqlara qayğı, nəvaziş göstərməklə yanaşı, eyni zamanda şəxsiyyət kimi hörmət bəsləməli, uşaq hüquqlarını müdafiə etməliyik. Bu, onların ehtiyacı, bizim isə borcumuzdur. Bu günün uşağı hansı mühitdə tərbiyə alırsa, gələcək fəaliyyət yaşam istiqaməti o yöndə olur. Ona görə uşaqlarımızı sağlam, savadlı, humanist ruhda böyüdüb gələcək üçün hazırlamalıyıq. Bu günün uşağı, sabahın layiqli vətəndaşı, həkimi, müəllimi, mühəndisi əlbəttə ki, əsgəridir. Onlara Vətənin, torpağın dəyərini aşılamaq, düzgün istiqamətə yönəltmək lazımdır. Hər bir uşaq bilməlidir ki, Vətən sərhəddən başlayır.

 İstər dövlətin, istərsə millətin gələcəyi indiki uşaqlardan, onların bilik bacarıqlarından asılıdır. Azərbaycan uşaqlarının vətənpərvər ruhda yetişməsinin 2020-ci ildə bir daha şahidi olduq. Hələ Birinci Qarabağ müharibəsi dövründə uşaq olan yaxud da heç dünyaya gəlməyən gənclik, 27 sentyabr tarixində başlayan Vətən müharibəsində öz sözünü dedi. Cəmi 44 günə düşmənə dərs verərək öz vətənpərvərliyini sübut etdi.

Bu gün, 1 iyun, uşaqların günüdür. Dünyanı gözəlləşdirən uşaqların. Bu günün rəsmiləşdirilməsi qeyd edilməsi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınmışdır. Həmin gün təşkil edilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş tədbir zamanı 1 iyununuşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin dövrdən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixdə əbədiləşdirilib. Həmin gün bütün dünya körpə fidanların, uşaqların bayramını böyük coşqu ilə qeyd edir. Azərbaycanda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi olaraq keçirilir.

Uşaq dünyası gözəl olduğu kimi, həm təhlükəsiz olmalıdır. Onların hüquq asayişi yüksək səviyyədə qorunmalıdır. Azərbaycan dövlət siyasətinin tərkib hissəsi kimi uşaq hüquqlarının qorunmasını öz prioriteti hesab edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən ölkədə 2009-cu il "Uşaq İli" elan olunmuşdur. Ölkəmizdə uşaqların müdafiə olunması onlara qayğı göstərilməsi istiqamətində bir çox işlər görülüb. Azərbaycanda uşaqların sosial hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici normativ-hüquqi aktlarla tənzimlənir. Respublikamızda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb. "Uşaq hüquqları haqqında" Qanun (1998-ci il 19 may) bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Ölkəmizdə uşaqların qayğı diqqətlə əhatə olunması, yüksək mənəvi sosial mühitdə böyüməsi üçün əlverişli şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması istiqamətində atılan addımların əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqust ayının 24- "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi Fərman imzalamışdır. Qanunda uşaqların hüquqi bərabərliyi, vicdan söz məlumat azadlığı, yaşamaq inkişaf etmək, tərbiyə almaq, şərəf ləyaqətinin müdafiəsi hüquqları da öz əksini tapır. Heydər Əliyev uşaqların ən yaxın dostu hamisi olmuşdur. Ulu öndərin uşaqlara olan sevgisi bəlkə sevgilərin ən alisi idi. Uşaqlar ulu öndər üçün qədər əziz idisə, uşaqlar üçün Heydər Əliyev şəxsiyyəti bir o qədər əziz, sevimli idi.

Uşaq hüquqlarının qorunması bu gün dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Azərbaycan dövləti kimsəsiz hər hansı xəstəlikdən əziyyət çəkən uşaqlara diqqətlə yanaşır. Bu sahədə mühüm proqramlar həyata keçirir. Xüsusilə Heydər Əliyev Fondu Fondun prezidenti Mehriban Əliyevanın şəxsən nəzarəti nəticəsində bu istiqamətdə mühüm addımlar atılır.

Bu gün dünyada qədər uşaq aclıqdan, susuzluqdan əziyyət çəkir. qədər uşaq mənasız müharibələrin qurbanı olur. Atılmış, tərk edilmiş uşaqlara dövlət sahib çıxır. Onları himayə edib, təhsil, tərbiyə verərək cəmiyyətə yararlı şəxsiyyət kimi böyüdür. Dünyamızda hər zaman sülh, əmin-amanlıq olsun. İnsanlar rahat mühitdə yaşasın. Cəmiyyətin ən həssas, zəif zərif zümrəsi olan uşaqlar xoşbəxt böyüsünlər. Qoy bütün uşaqlar xoşbəxt olsun!

Ramidə YAQUBQIZI,

"Respublika".