Arxangelskdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol turniri keçirilib
Diaspora

Arxangelskdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol turniri keçirilib

Rusiyann Arxangelsk vilayətində keçirilən mini-futbol üzrə ikinci liqanın finalında “Azərbaycan” klubunun yetirmələri “Krasnaya Zvezda” komandası ilə qarşılaşıb.

13 iyun Diasporla İş üzrə Dövlət Xidmətindən bildirilir ki, A.F.Liçutin adına Bədən Tərbiyəsi və İdman Kompleksində baş tutan yarış 9:6 hesabı ilə soydaşlarımızın rəqiblərinin xeyrinə yekunlaşıb. Finala qədər 15 qələbə qazanan, 17 oyunda 163 qol vuran “Azərbaycan” komandası birinci liqaya keçib. İkinci liqanın ən yaxşı bombardiri adına Rafiq Qoçəliyev layiq görülüb. “Azərbaycan” komandasına 78 qol qazandırmaqla soydaşımız bütün liqalar üzrə rekorda imza atıb. 

Çari ildə yaradılmış “Azərbaycan” mini-futbol klubu kubok turnirindəki debütünü müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib.

“Respublika”.