Artyom Turov: Seçkilərlə əlaqədar bütün proseslər qanunvericiliyə uyğundur
Siyasət

Artyom Turov: Seçkilərlə əlaqədar bütün proseslər qanunvericiliyə uyğundur

"Biz Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasını təmsil edən nümayəndə heyəti olaraq prezident seçkiləri ilə əlaqədar Azərbaycanın bütün bölgələrində müşahidə missiyası həyata keçirəcəyik".

Bu fikirləri mətbuata açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turov deyib.

O qeyd edib ki, müşahidə missiyası indiyə qədər hər hansı bir qanun pozuntusuna rast gəlməyib: "Bizim üçün seçkilərə hazırlıq prosesinin necə təşkil olunduğunu və işlərin hansı formada aparıldığını görmək vacib idi. Keçirdiyimiz görüşlər zamanı fikir mübadiləsi apardıq və bütün proseslərin qanunvericiliyə uyğun həyata keçirildiyinin şahidi olduq. Müşahidə missiyası olaraq heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki kampaniyası zamanı namizədlər üçün bərabər imkanlar yaradılıb və onların kütləvi informasiya vasitələrinə çıxışı tam təmin olunub. Bütövlükdə hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri tamamilə qanunvericiliyə uyğun formada təşkil olunub".

"Həmkarlarımızla birlikdə fevralın 7-də seçki məntəqələrinə gedərək səsvermə prosesini izləyəcək və proseslə bağlı günün sonunda yekun rəyimizi açıqlayacağıq", - deyə A.Turov qeyd edib.

“Respublika”.