Digər xəbərlər

"Apple" "Microsoft"-u geridə qoydu

Süni intellekt ilə bağlı yeniliklikləri açıqlayan  "Apple" şirkəti bazarda "Microsoft"u geridə qoyaraq və yenidən dünyanın ən dəyərli şirkəti olub.

"Respublika" Anadolu Agentliyinə istinadən xəbər verir ki, "Apple"ın Nasdaq birjasında satılan səhmləri çərşənbə günü 4 faizdən çox dəyər qazanaraq 215,62 dollara yüksəlib. Və bununla da səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,31 trilyon dollara çatıb.

Beləliklə, "Microsoft"un 3,27 trilyon dollarlıq bazar dəyərini keçən "Apple" dünyanın ən dəyərli şirkəti ünvanını geri alıb.

Qeyd edək ki, həftənin əvvəlində şirkət “Apple Intelligence” adlı yeni süni intellekt texnologiyasını təqdim edib və OpenAI ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bununla da, "Apple"ın səhmləri yeni süni intellekt addımından sonra 7 faizdən çox bahalaşıb.