Antarktidada  20 qolu və
Maraqlı

Antarktidada 20 qolu və "çiyələyə bənzər" forması olan yeni növ dəniz canlısı aşkar edilib

Antarktida sahillərində yeni dəniz zanbağı növü tapılıb. "Promachocrinus fragarius" adlandırılan zanbağın 20-yə yaxın budağı var və rəngi "bənövşəyi" və "tünd qırmızı" arasında dəyişə bilir.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, yeni kəşf edilən dəniz canlısının iki fərqli qolu olduğu bildirilərkən, altındakı qolların "kobud və zolaqlı", yuxarıdakıların isə daha "tüklü" olduğu qeyd edilib.

Bildirilib ki, "böyük" ölçülərə malik olan "Promachocrinus fragarius" okeanın 65-6500 fut (təxminən 19-1981 metr) dərinliklərində yaşayır.

Röya RÜSTƏMLİ,

"Respublika".