Almaniya təqaüdçülərə çağırış etdi
Dünya xəbərləri

Almaniya təqaüdçülərə çağırış etdi

Almaniya hökuməti ixtisaslı işçi problemini həll etmək üçün 63 yaşında təqaüdə çıxanların “mini iş” vasitəsilə yenidən əmək bazarına qayıtmasını təklif edib.

"Respublika" xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib.

İnsanlara öz ixtisas sahələrində 35 saat əvəzinə, 10-15 saat işləməyə imkan verəcək çevik modelin hazırlandığı qeyd olunub.

Kristian Lindner söyləyib ki, Almaniyada nəzəri olaraq əmək bazarında iştirak edə bilən milyonlarla insan sosial yardımla yaşayır. "Biz bu insanları mini-iş yerləri vasitəsilə yenidən aktivləşdirib əmək bazarına çıxarmaqla. ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına öz töhfəmizi verə bilərik",- deyə Almaniyanın maliyyə naziri diqqətə çatdırıb. 

Nəzrin ELDARQIZI,

"Respublika".