Aleksandar Vuçiç: Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir
Siyasət

Aleksandar Vuçiç: Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir. Prezident Radevin də qeyd etdiyi kimi, təchizatın şaxələndirilməsi Serbiya və Bolqarıstana daha çox alternativ imkanı verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç söyləyib.

O, həmçinin qeyd edib: "Bu, həm də Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bizim gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanımız da olacaq ki, bu da Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayır".

Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır

Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Biz bunu yüksək qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev söyləyib.

Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyinin Bolqarıstan tərəfindən dəstəklənməsi ilə bağlı sualı da cavablandıran R.Radev qeyd edib: "Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik".