Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Ağstafa rayonunun Aşağı Kəsəmən tam orta məktəbinin direktorunun səs yazısının yayılması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbin müəllimlərindən təyin olunmuş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC