Ağalı və Talış kəndlərində sakinlər işlə təmin olunur
CƏMİYYƏT

Ağalı və Talış kəndlərində sakinlər işlə təmin olunur

"İşsizin dostu” proqramı artıq işğaldan azad edilmiş ərazilərimizdə də məşğulluğa dəstək göstərir.

“Respublika” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.  

Məlunatda DOST İş Mərkəzi tərəfindən Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində 26 sakinin həmin proqram çərçivəsində haqqı ödənilən ictimai işlərlə təmin edildiyi qeyd olunub. 

Onlar bərpa-tikinti, sosial, abadlıq və s. sahələrdə çalışırlar.

Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Qeyd olunan kəndlər üzrə daha 20-dən çox sakinin proqrama cəlb edilməsi işləri aparılır və iki kənd üzrə “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin edilənllərin sayı 50-ə çatdırılacaq.