ADNSU-nun 8 məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
Elm və təhsil

ADNSU-nun 8 məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb. 

“Respublika” xəbər verir ki, bu barədə ADNSU məlumat yayıb.

Bildirilib ki, onlardan 8 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunudur. Belə ki, ADNSU məzunları Dövlət Proqramı ilə magistr təhsil pilləsi üzrə Amerika Birləşmiş Ştatlarının "Duke University", "New York University", Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Lancaster University", Niderland Krallığının "Delft University of Technology", İtaliya Respublikasının "Sapienza University of Rome" və digər reytinqli universitetlərinin tələbəsi adını qazanıblar.