ADNSU-da kəsiri olan tələbələrin imtahanı başa çatıb
Elm və təhsil

ADNSU-da kəsiri olan tələbələrin imtahanı başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin yay semestr imtahanları başa çatıb. İmtahanlarda əvvəlki semestrlərdə kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr iştirak ediblər.

Bu barədə “Respublika”ya ADNSU-dan məlumat verilib.

Yazılı, yazılı-şifahi şəkildə keçirilən imtahanlarda ümumilikdə universitet üzrə 1000 nəfərdən çox tələbə iştirak edib.