ABŞ Azərbaycana yeni səfir təyin edib
Siyasət

ABŞ Azərbaycana yeni səfir təyin edib

ABŞ Mark Libbini Azərbaycana yeni səfir təyin edib.

“Respublika” xəbər verir ki, Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.