Abad məhəllələr göz oxşayır
Sosial həyat

Abad məhəllələr göz oxşayır

Bakının Nəsimi rayonu geniş əraziyə malikdir. Yaz fəsli bu yerlərdə daha füsunkar, daha cəlbedicidir. Hansı səmtə baxırsansa insanlarda xoş ovqat yaradan bir-birindən gözəl parklar, yaşıl dona bürünmüş növ-növ nadir ağaclar, gül-çiçək kolları, uşaqlar üçün quraşdırılmış müasir tipli idman qurğuları diqqəti cəlb edir.

Biz ərazidə olarkən burada istirahət edən bir qrup yaşlı nəslin nümayəndələri ilə görüşüb söhbət etdik. Onlar istirahət üçün parklarda əlverişli şəraitin yaradıldığına görə Nəsimi Rayon İcra Hakimiyyəti rəhbərlərinin ünvanına xoş sözlər dedilər. Vurğuladılar ki, onlar burada istirahətlərini şən mənalı keçirirlər.

Rayonun ərazisində ekoloji tarazlığı qorumaq, insanların sağlamlığının qayğısına qalmaq üçün təqdirəlayiq işlər həyata keçirilir.

Biz parkları gəzərkən qardaş Türkiyədən ölkəmizdə qonaq olan 2 ailənin üzvləri ilə görüşüb söhbət etdik. Onlar Türkiyənin Qars şəhərindən gəlmişdilər. Bildirdilər ki, həmişə Azərbaycanda istirahət etməyə üstünlük verirlər: "Azərbaycanın insanları qonaqpərvərdir, biz Qubanı, Qusarı, Göygölü digər yerləri gəzir, dost ölkədən xoş təəssüratlarla ayrılırıq".

Ümumiyyətlə, cari ildə rayonun müxtəlif ərazilərində "Bizim həyət" layihəsi çərçivəsində abadlıq quruculuq işləri aparılır.

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov ilə rayonun ayrı-ayrı ərazilərində olub, abadlıq, quruculuq işləri ilə tanış olduq. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Prezident İlham Əliyevin göstərişi tövsiyələrinə uyğun olaraq rayon bu gün başdan-başa gözəl bir guşəyə çevrilmişdir. İsti yaz-yay günlərində insanlar küçə prospektləri üzük qaşı kimi dövrəyə alan yaşıllıqlar qoynunda gəzintiyə çıxmaqdan zövq alırlar. Tədbirlər planına uyğun olaraq cari ildə rayonun ərazisində abadlıq işlərinin həcmi genişləndirilmişdir. Qeyd etmək lazımdır ki, bu ilin ötən 5 ayında rayonun Səməd Vurğun küçəsi 112, Asif Məhərrəmov 31, Seyidzadə 28 digər ərazilərdə abadlıq işləri aparılmışdır, tezliklə bir sıra küçələrdə abad məhəllələrin açılışı olacaqdır.

Yeni abad məhəllələrlə yanaşı, ayrı-ayrı küçələrin asfaltlanması da diqqət mərkəzindədir. Hazırda Azadlıq 16, 28 May 4, 48, 50, Nizami küçəsi 119, Asif Məhərrəmov 28, Cavadxan 28, 30, 32, 36 küçələrinin ərazilərində asfaltlama işləri aparılır. Şübhəsiz ki, bu da insanlar tərəfindən razılıqla qarşılanır.

Qədir ASLAN,

"Respublika".