5 faydalı qazıntı yatağı hərraca çıxarılır 
İQTİSADİYYAT

5 faydalı qazıntı yatağı hərraca çıxarılır 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 14-də keçiriləcək.

Hərracda Ağcabədi rayonunda yerləşən “Qarqarçay III” (15,3 hektar), Qəbələdə “Siləyli” (8 ha), İsmayıllıda “Bilistan” (7 ha)və “Maçaxi” (3 ha) qum-çınqıl yataqları, Salyanda “Babazənən-I” gil yatağı (6 ha) investorlara təklif olunacaq. 

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 7iyun 2023-cü il saat 16:00-dək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31) təqdim edə bilərlər.Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar xidmət haqqı və beh ödəməlidirlər. Əmlak Xidmətləri Məkanında keçiriləcək hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.  

Nəriman  CAVADOV,

“Respublika”.