44 günlük Vətən müharibəsindəki Qələbədən sonra növbəti tarix
Digər xəbərlər

44 günlük Vətən müharibəsindəki Qələbədən sonra növbəti tarix

23 aprel 2023- il

44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra dövlətimizin diplomatik uğurları daha da artdı. Müstəqil Azərbaycan qələbə eyforiyasına qapılmadı, inkişaf etdi daha da gücləndi. Ölkəmizin əsas məqsədi regionda sülh əmin-amanlığa şərait yaratmaqdır. Lakin Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Bəyanatın şərtlərini pozaraq sərhəd zonasında müxtəlif təxribatlara əl atır, torpaqlarımızda törətdikləri ekoloji terrordan əl çəkmirdi. Qeyd edim ki, torpaqlarımızın işğal altında olduğu 30 il müddətində BMT-nin Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması ilə bağlı dörd qətnaməsinə əməl olunmadı. Dövlətimiz səbirlə diplomatik yollarla məsələnin həlli istiqamətində addımlar atdıqca, düşmən təxribatlar törətməyə davam edirdi. Məhz buna görə , Azərbaycan güc yolu ilə ədaləti bərpa etdi torpaqlarımız mənfur düşmənin işğalından azad olundu. Azərbaycan üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ermənistan isə hər zaman olduğu kimi, bundan boyun qaçırır.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda Azərbaycan gəncləri, QHT üzvləri, ekofəallar tələbələrin etiraz aksiyası 138 gün davam etdi. Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan vətəndaş cəmiyyəti fəallarının haqlı tələblərinin bir qismi artıq icra olundu. 44 günlük Vətən müharibəsindən sonra 23 aprel 2023- il tarixində Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması xalqımızın növbəti zəfəri oldu. Vətən sərhəddən başlayır. Məhz buna görə , Azərbaycan dövləti öz sərhəd zolağında nəzarətini bərpa etdi. Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazisində suverenliyinin bərpası yönündə atılan mühüm addımdır. Çünki Ermənistanla sərhədə beynəlxalq qanunlar çərçivəsində nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll edəcək. Artıq Azərbaycan ərazisinə giriş-çıxış qanunsuz daşınmalar dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüququn aliliyinin təmin edilməsidir. Laçında qurulan nəzarət-buraxılış məntəqəsinin siyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi önəmini vurğulamaq lazımdır. 30 illik işğal dövründə Ermənistanın Azərbaycanın gömrük rüsumundan yayınaraq yükdaşımalar həyata keçirməsi ölkəmizin iqtisadiyyatına milyardlarla ziyan vermişdir. Bu mənada, nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərvətlərinin qeyri-qanuni daşınmasının da qarşısı alınacaq. Bütün bunlar Vətən müharibəsindən sonra bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində Azərbaycan dövlətinin apardığı sülhyaratma siyasətinin nəticəsidir. Biz hüququ haqqı məhz hərbi-siyasi yolla bərpa etdik bu prosesin özündə ikili standartlar riyakar davranışlarla üzləşdik. Lakin Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü xalqımızın vəhdəti ilə ədaləti bərqərar etdik. Prezident İlham Əliyev elə siyasi konfiqurasiyaya nail olub ki, Azərbaycan artıq istər Ermənistana, istər havadarlarına hüququn gücünü diktə edir. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl fəaliyyət, formalaşan müstəqil siyasi iradə, iqtisadi imkanlar ölkəmizi söz sahibinə çevirib.

Azərbaycan öz məqsədinə doğru əzmlə, inamla addımlamaqdadır. Ermənistanın siyasi rəhbərliyi, ümumən erməni cəmiyyəti anlamalıdır ki, Azərbaycan özünün prinsipial xəttinə sadiqdir yolundan əsla dönməyəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".