İcbari tibbi sığorta ilə bir sıra cərrahi əməliyyatlar aparılıb
Səhiyyə

İcbari tibbi sığorta ilə bir sıra cərrahi əməliyyatlar aparılıb

May ayı ərzində Respublika Klinik Xəstəxanasında 1 212 cərrahi əməliyyat keçirilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə ümumilikdə 3 280 müraciət daxil olub. Vətəndaşlara 293 661 ambulator tibbi xidmət göstərilib. Şüa-diaqnostika şöbəsində 11 000 USM (ultrasəs müayinə), 8 000 rentgen, 1 873 KT (kompüter tomoqrafiya) müayinə olunub.

İcra olunan əməliyyatlar qulaq-burun-boğaz, ümumi cərrahiyyə, travmatologiya və ortopediya, oftalmologiya, üz-çənə cərrahiyyəsi, urologiya, ginekologiya sahələri üzrə olub. Əməliyyatlar açıq və laporoskopik (qapalı) üsulla icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində baş tutub.

Digər tibbi xidmətlər də həmçinin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin olunub.

“Respublika”.