Gürcüstanın Prezidenti Salome Zurabişvilidən
Məktublar

Gürcüstanın Prezidenti Salome Zurabişvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu tarix Azərbaycan xalqının müasir, güclü və inkişaf etmiş dövlətin formalaşmasına gətirib çıxaran müstəqillik və suverenlik yolunda əzmkarlığını və sarsılmaz ruhunu əyani şəkildə nümayiş etdirir.

Qəti şəkildə inanıram ki, biz birgə səylərimiz sayəsində Gürcüstan ilə Azərbaycan arasında dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik və beləliklə, firavanlığın, sabitliyin gücləndirilməsinə, regionun inkişafına təkan verilməsində ölkələrimizin rolunu artıracağıq.

Zati-aliləri, Sizə bir daha dərin hörmətimi bildirir, ölkənizə xidmət işində uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Salome ZURABİŞVİLİ,

Gürcüstanın Prezidenti.