San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperonidən
Məktublar

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperonidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik.

Hörmətlə,

Alessandro Rossi və Milena QASPERONİ,

San-Marino Respublikasının Kapitan-Regentləri.