Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan
Məktublar

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin 106-cı ildönümü münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir.

Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Sergey MƏLİKOV,

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri.