Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
Məktublar

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk.

Məhəmməd bin Salman bin Əbdüləziz Al SƏUD,

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir.