Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək
Gündəm

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

"Respublika" xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğız Respublikası tərəfindən Əmək, Sosial Təminat və Miqrasiya naziri Gülnarə Batırova imzalayıb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər sırasında olan Anlaşma Memorandumunun iki dövlət qurumu arasında münasibətlərin ən yüksək səviyyədə inkişafına, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunub.