Ceyhun Məmmədov:  Erməni vəhşiliyinin ifşası istiqamətində görüləcək işlərimiz kifayət qədər çoxdur
Gündəm

Ceyhun Məmmədov: Erməni vəhşiliyinin ifşası istiqamətində görüləcək işlərimiz kifayət qədər çoxdur

“Ermənilər yenə də nə isə etməyə çalışırlar. Ötən əsrin əvvəllərində Ermənilər saxta soyqırımla bağlı kitablar çap ediblər”. 

“Respublika” xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov Aprelin 24-də Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məşhər divanı: Yalanın 17 anı” kitabının təqdimat mərasimi zamanı söyləyib. 

Deputat, həmçinin ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları da diqqətə çatdırıb. C.Məmmədov bu vəhşiliklərə görə ermənilərin cavab verəcəyini deyib.

Nəzrin ELDARQIZI,

"Respublika".