Azərbaycan və Pakistan arasında növbəti Anlaşma Memorandumu imzalanıb
Gündəm

Azərbaycan və Pakistan arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasında Anlaşma Memorandumu imzalanıb.

“Respublika” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatası məlumat yayıb.

Bildirilir ki, dünən Şuşa şəhərində Azərbaycan Respublikası Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasındakı Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Pakistan İslam Respublikasının Baş Auditoru cənab Muhammad Acmal Qondal imzalayıblar. Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir. İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib. Daha sonra isə Hesablama Palatasının sədri ilə Pakistan İslam Respublikası Baş Auditoru arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.