Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub
Digər xəbərlər

Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüssel şəhərindəki mənzil qərargahında "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclasında iştirak edib.

"Respublika" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Kioto Konvensiyasının ümumi və xüsusi əlavəsinin müvafiq fəsillərinə izahatların, arayışların yenilənməsi məqsədilə təşkil olunan tədbirdə DGK-nın Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev iştirak edib.

İclasda mənşə ölkəsi üzrə təlimatlar layihəsi, gömrük hüquqpozmaları, tranzit, gömrük anbarları və sərbəst zonalar, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub, üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılaraq təklif və rəyləri dinlənilib.