AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
Elm və təhsil

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Azərbaycan Texniki Universitetinin nizamnamə fondu 29 461 643 (iyirmi doqquz milyon dörd yüz altmış bir min altı yüz qırx üç) manatdır. 

"Respublika" xəbər verir ki, universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.