Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək
Sosial həyat

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək.

"Respublika" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasının gündəliyinə daxil edilən “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Sənədə görə, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.