“Zirə” klubunun sabiq futbolçusu vəfat edib
İdman

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

“Zirə”nin sabiq futbolçusu Jozef Bum vəfat edib.

“Respublika” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Keçmiş oyunçumuzun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”, məlumatda bildirilib.

35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi açıqlanmayıb. Lakin ilkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.