Məşğulluğa dəstək layihəsi
Sosial həyat

Məşğulluğa dəstək layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının dəstəyi ilə icra olunan "Məşğulluğa dəstək layihəsi" çərçivəsində ötən dövrdə 12 minə yaxın şəxsə aktivlər verilərək kiçik biznesləri yaradılıb.

Özünüməşğulluq proqramının genişlənməsində mühüm dəstək olan layihə işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar, keçmiş məcburi köçkünlər və digər həssas qrupları əhatə edir. Layihə çərçivəsində 22 min şəxs üçün kiçik bizneslərin qurulması nəzərdə tutulub.

"Respublika".