Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı “Azərbaycan Konqresi” Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzovdan
Məktublar

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı “Azərbaycan Konqresi” Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirlər. Sevinirik ki, Prezidentimiz soydaşlarımız arasında və xaricdə ölkənin təcrübəli, uzaqgörən, praqmatik və etibarlı lideri kimi böyük nüfuza malikdir.

Siz suveren, sabit və inkişaf edən Azərbaycanın quruculuğunda uzun yol qət etmisiniz, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək xalqın məhəbbətini, rəğbətini qazanmısınız. Biz Sizin rəhbərliyinizlə iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən layihələrlə fəxr edirik. Azərbaycanla əməkdaşlıq edən dövlətlər və şirkətlər respublikanı etibarlı tərəfdaş və müttəfiq kimi qiymətləndirirlər.

Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi Sizin xidmətləriniz sırasında xüsusi yer tutur. İşğal altındakı torpaqlarımız Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində azad edildi. Bu il bir sutka ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Cənab Prezident, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu il Sizin Prezident vəzifəsində fədakarcasına çalışmağınızın 20 ili tamam oldu. Şübhəsiz ki, bütün azərbaycanlılar ötən illər ərzində görülmüş işlərin tarixi əhəmiyyətini əbədi olaraq xatırlayacaqlar. Şadıq ki, daim Prezidentimizin dəstəyinə arxalana bilərik.

Dərin hörmətlə,

Mərdan NOVRUZOV,

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri,

Primorsk diyarındakı “Azərbaycan Konqresi” Milli-Mədəni İctimai Təşkilatının sədri.