Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
Məktublar

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir.

Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.

Dərin hörmətlə,

İrakli QARİBAŞVİLİ,

Gürcüstanın Baş naziri.