“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298; 2023, № 2, maddə 166, № 3, maddə 334, № 4, maddə 452) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.0.3-cü və 1.0.6-cı maddələr ləğv edilsin;

1.1.2. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.4. İnzibatçı – idarəetmə orqanlarının, Audit Komitəsinin üzvləri, baş mühasib (bu vəzifələri icra edən şəxs), daxili auditor, filialın, o cümlədən xarici BOKT-nin yerli filialının rəhbəri;”;

1.1.3. 1.0.5-ci maddəyə ikinci halda “şəxslər” sözündən sonra “və inzibatçılar, habelə inzibatçılarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər. Xarici BOKT-nin yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici BOKT-nin rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici BOKT-yə aidiyyəti olan digər şəxslər xarici BOKT-nin yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar” sözləri əlavə edilsin;

1.1.4. aşağıdakı məzmunda 1.0.7 – 1.0.10-cu maddələr əlavə edilsin:

“1.0.7. Kapital – BOKT-nin balansı üzrə kapital elementlərinin məcmusu olmaqla nizamnamə (şərikli) kapitalının (əmlak haqları) və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və başqa dövlət ödənişləri aparıldıqdan sonra qalan məbləğ), kapital ehtiyatının, qrant və ianələrin (müqavilə şərtlərinə əsasən nağd vəsait formasında verilmiş və BOKT-nin sərəncamında qalan) cəmi və onlardan tutulmaların fərqi;

1.0.8. Mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;

1.0.9. Vətəndaş qüsursuzluğu – BOKT-nin benefisiar mülkiyyətçilərinin, inzibatçılarının, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı;

1.0.10. Maliyyə bazarları sahəsi – maliyyə bazarlarının tənzimlənməsi və nəzarət sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri.”;

1.2. 2.1-ci maddədən “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın;

1.3. 5-ci maddə üzrə:

1.3.1. 5.2-ci maddə ləğv edilsin;

1.3.2. 5.3-cü maddənin birinci cümləsindən “yalnız girov əmanəti qəbul etmək hüququ olmayan” sözləri və ikinci cümləsindən “girov əmanəti qəbul etmək hüququ olmayan” sözləri çıxarılsın;

1.4. 7.2-ci, 12.1.2-ci, 12.2-ci, 12.3-cü və 22.1-ci (hər iki halda) maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. Nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi

7-1.1. BOKT-nin nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:

7-1.1.1. iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:

7-1.1.1.1. hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatları, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surətini;

7-1.1.1.2. həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumatı (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı);

7-1.1.1.3. hüquqi şəxs xarici hüquqi şəxs olduqda yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnaməsini (əsasnaməsini), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədi;

7-1.1.2. iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:

7-1.1.2.1. soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumatı və sənədləri, habelə vətəndaş qüsursuzluğu barədə məlumatı;

7-1.1.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı;

7-1.1.3. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatı və sənədlərı.

7-1.2. Mərkəzi Bank bu Qanunun 7-1.1-ci maddəsinə uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

7-1.2.1. bu Qanunun 7-1.1-ci maddəsində nəzərdə tutulan məlumatlar və sənədlər tam təqdim olunmadıqda;

7-1.2.2. payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;

7-1.2.3. iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə.

7-1.3. İştirak payının əldə edilməsi barədə Mərkəzi Bankın verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Mərkəzi Bankın icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

7-1.4. Mərkəzi Bank bu Qanunun 7-1.2.2-ci və 7-1.2.3-cü maddələrində göstərilən halları aşkar etdikdə iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.

7-1.5. BOKT-nin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.”;

1.6. 8-ci maddə üzrə:

1.6.1. 8.1-ci və 8.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“8.1. BOKT-nin idarəetmə orqanları təşkilati-hüquqi formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada formalaşdırılır.

8.2. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

8.2.1. Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 5 illik iş təcrübəsinin olması;

8.2.2. kollegial icra orqanının rəhbəri və üzvləri və ya təkbaşçı icra orqanının rəhbəri, habelə xarici BOKT-nin yerli filialının rəhbəri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin (azı 1 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması;

8.2.3. BOKT-nin daxili auditoru və BOKT-nin filialının rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;

8.2.4. BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.

BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.”;

1.6.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:

“8.2-1. Bu Qanunun 8.2.4-cü maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.”;

1.7. 9-cu maddə üzrə:

1.7.1. 9.2-ci maddə ləğv edilsin;

1.7.2. 9.3-cü maddənin birinci cümləsində “Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin” sözləri “BOKT-nin filialı və” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.8. 3-cü fəslin adında “Lisenziya və icazələrin” sözləri “Lisenziyaların” sözü ilə əvəz edilsin;

1.9. 10-cu maddə üzrə:

1.9.1. 10.1-ci maddədə və 10.4-cü maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.9.2. 10.2-ci maddə ləğv edilsin;

1.9.3. aşağıdakı məzmunda 10.5-ci və 10.6-cı maddələr əlavə edilsin:

“10.5. Lisenziya alınması üçün müraciətə baxarkən Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

10.6. Bu Qanunun 10.5-ci maddəsi sonradan BOKT-də mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, habelə yeni təyin olunan inzibatçılara da şamil edilir.”;

1.10. 11-ci maddə üzrə:

1.10.1. 11.1-ci maddənin birinci abzasında, 11.2-ci maddənin ikinci cümləsində, 11.3-cü maddənin birinci – üçüncü cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.10.2. aşağıdakı məzmunda 11.1.2-1-ci, 11.1.3-1-ci və 11.1.3-2-ci maddələr əlavə edilsin:

“11.1.2-1. BOKT-nin təklif edilən nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) miqdarı, hər bir pay sahibinin (təsisçinin) payı (əmlak haqqı) və payın (əmlak haqqının) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi barədə məlumatlar və sənədlər;”;

“11.1.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

11.1.3-2. mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

1.10.3. 11.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“11.1.5. inzibatçılarının peşə yararlılığı və vətəndaş qüsursuzluğu barədə məlumat, inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;”;

1.10.4. aşağıdakı məzmunda 11.1.5-1 – 11.1.5-3-cü maddələr əlavə edilsin:

“11.1.5-1. təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat. Təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

11.1.5-2. təsisçi hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatlar, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti. Təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd;

11.1.5-3. təsisçi iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;”;

1.10.5. 11.1.6-cı maddəyə “maliyyələşdirilmə” sözündən əvvəl “kommersiya strategiyası,” sözləri əlavə edilsin, həmin maddədən “habelə” sözü çıxarılsın və həmin maddədə “barədə məlumat” sözləri “, daxili nəzarət sistemi və ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabatı) əks etdirilən biznes-plan” sözləri ilə əvəz edilsin;

1.11. aşağıdakı məzmunda 12.1.2-1-ci və 12.1.2-2-ci maddələr əlavə edilsin:

“12.1.2-1. nizamnamə (şərikli) kapitalında payın əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi məlum olmadıqda;

12.1.2-2. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin BOKT-yə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda, habelə inzibatçılar, mühüm iştirak payının sahibləri (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;”;

1.12. 13-cü maddə ləğv edilsin;

1.13. 14-cü maddə üzrə:

1.13.1. adından “və icazələrin” sözləri çıxarılsın;

1.13.2. 14.1-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, ikinci cümləsindən “və icazələrin” sözləri çıxarılsın;

1.13.3. 14.2-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;

1.14. 15-ci maddə üzrə:

1.14.1. 15.1-ci maddə üzrə:

1.14.1.1. birinci cümlədə “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Mərkəzi Bankdan” sözləri ilə əvəz edilsin və həmin cümləyə “kreditlər verə” sözlərindən sonra “, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə” sözləri əlavə edilsin;

1.14.1.2. ikinci cümlədən “girov əmanəti,” sözləri çıxarılsın;

1.14.1.3. üçüncü cümlə çıxarılsın;

1.14.2. 15.5-ci maddənin ikinci cümləsindən “Girov əmanəti qəbul etmək hüququ olan” sözləri çıxarılsın;

1.15. 18-ci maddə ləğv edilsin;

1.16. 19-cu maddə üzrə:

1.16.1. 19.1-ci maddənin birinci abzasından “Girov əmanəti qəbul etmək hüququ olan” və “bu növ” sözləri çıxarılsın və həmin abzasda “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.16.2. 19.1.1-ci maddəyə “miqdarı” sözündən sonra “və kredit risklərinin idarə edilməsi qaydası” sözləri əlavə edilsin;

1.16.3. aşağıdakı məzmunda 19.1.2-1-ci maddə əlavə edilsin:

“19.1.2-1. kapitalın minimum miqdarına və hesablanmasına dair tələblər;”;

1.16.4. 19.1.3-cü və 19.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“19.1.3. BOKT-nin öhdəliklərinin onun kapitalına nisbətinə dair tələblər;”;

“19.3. BOKT öz fəaliyyəti dövründə kapitala dair tələblərə, habelə Mərkəzi Bank tərəfindən müəyyən edilən digər prudensial tələblərə riayət etməlidir.”;

1.16.5. 19.2-ci maddədə və 19.4-cü maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.17. 20-ci maddə üzrə:

1.17.1. 20.1-ci maddənin ikinci cümləsində və 20.4-cü maddədə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.17.2. 20.2-ci maddədə hər iki halda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin, həmin maddədən “və mətbu orqanda” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.”;

1.17.3. aşağıdakı məzmunda 20.2-1-ci maddə əlavə edilsin:

“20.2-1. Mərkəzi Bank BOKT-də kənar auditin aparılmasına dair müvafiq sahə üzrə beynəlxalq təcrübəyə uyğun minimum tələblər müəyyən edir. Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun olmadıqda, Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə BOKT-nin özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.”;

1.18. 21.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“21.1. BOKT-lər və onların filialları BOKT-nin lisenziyasını öz inzibati binasında aydın görünən yerdə yerləşdirməli və göstərdiyi maliyyə xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.”;

1.19. 23-cü maddənin birinci cümləsindən “, o cümlədən qəbul etdiyi girov əmanətinə dair məlumatın” sözləri çıxarılsın;

1.20. 24-cü maddə üzrə:

1.20.1. 24.2-ci maddədə hər iki halda ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.20.2. 24.3-cü və 24.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“24.3. Bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edilməklə Mərkəzi Bank həmin halların aradan qaldırılması barədə BOKT-yə icrası məcburi olan göstəriş göndərir. Göstərişdə BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir.”;

“24.5. BOKT-lərin fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən yerində aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən bu Qanuna və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

1.20.3. 24.4-cü maddə ləğv edilsin;

1.20.4. aşağıdakı məzmunda 24.6-cı maddə əlavə edilsin:

“24.6. BOKT-yə nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda BOKT, habelə BOKT-nin auditini aparan və ya aparmış auditorlar həmin BOKT-nin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.”;

1.21. 25-ci maddə üzrə:

1.21.1. adından “və icazələrin” sözləri çıxarılsın;

1.21.2. 25.1-ci maddənin birinci abzasından “və ya filiallara verilmiş icazələr” sözləri çıxarılsın və həmin abzasda “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.21.3. 25.1.2-ci maddədən “və ya icazə” sözləri çıxarılsın;

1.21.4. 25.1.3-cü maddədən “və ya onun filialı” və “və ya icazənin” sözləri çıxarılsın və həmin maddəyə “başlamadıqda” sözündən sonra “və ya BOKT-nin altı ay müddətində kreditlər vermədiyi müəyyən edildikdə” sözləri əlavə edilsin;

1.21.5. 25.1.4-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və ya” sözləri çıxarılsın;

1.21.6. aşağıdakı məzmunda 25.1.4-1-ci maddə əlavə edilsin:

“25.1.4-1. bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;”;

1.21.7. 25.1.5-ci maddədə hər iki halda və 25.5-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.21.8. 25.1-1-ci maddə ləğv edilsin;

1.21.9. 25.2-ci maddənin ikinci cümləsi çıxarılsın;

1.22. 25-1-ci maddə ləğv edilsin;

1.23. 26.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.2. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.”.

Maddə 2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.4-cü maddəsində nəzərdə tutulan tələblər bu Qanun qüvvəyə minənədək girov əmanəti qəbul etmək hüququ olmayan bank olmayan kredit təşkilatlarına münasibətdə bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

Maddə 3. Bu Qanun qüvvəyə mindiyi gündən girov əmanəti qəbul etmək hüququ olan bank olmayan kredit təşkilatlarının lisenziyalarında girov əmanəti qəbul etməklə bağlı icazələr ləğv edilir. Həmin bank olmayan kredit təşkilatları 6 (altı) ay ərzində təsis sənədlərini bu Qanunun tələblərinə uyğunlaşdırmalı və bu barədə təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.

Maddə 4. Bu Qanunun inzibatçıların təhsilinə və iş təcrübəsinə dair tələbləri bu Qanun qüvvəyə minənədək müvafiq vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyul 2023-cü il.