AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Anadolu Agentliyi”: Azərbaycan Prezidenti  Qarabağda Rusiyanın Tatarıstan vilayətinin rəisi ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17- Qarabağda Rusiyanın Tatarıstan vilayətinin rəisi Rüstəm Minnixanov ilə görüşüb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Minnixanovu Zəngilan Beynəlxalq Hava Limanında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Zəngilan rəsmiləri qarşılayıblar.

O, Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni işğalından azad edilmiş rayonlarında yaratdığı ilk yaşayış məntəqəsi olan Ağalı kəndinə gedib Prezident İlham Əliyevlə görüşüb.

İlham Əliyev Tatarıstanın regionlara qoyduğu investisiyalara görə Minnixanova təşəkkürünü bildirib. Tatarıstan Azərbaycan xalqlarının əsrlər boyu dostluq qardaşlıq münasibətləri olduğunu qeyd edən Əliyev bunun Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini deyib. Minnixanov bildirib ki, azərbaycanlılarla tatarlar dil tarix baxımından çox yaxındır. Əliyev Minnixanov daha sonra Cəbrayıl rayonuna gedərək Araz Sənaye Parkında Tatarıstan Azərbaycanın birgə vəsaitilə istehsal olunmuş yük maşınları kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək "Auto Leasing Azerbaijan" şirkətinin işi ilə tanış olublar.

 

Star”: Möhtəşəm Türk həmləsi!  "Turan yolu" regionda balansı dəyişəcək

"Turan yolu da adlandırılan Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Orta Dəhlizin daşıma qabiliyyəti artacaq" . Bu fikirləri Star xəbər saytı  Türkiyənin nəqliyyat infrastruktur naziri Abdulkadir Uraloğluya  istinadən yayıb. Nazirin sözlərinə görə, Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaqhabelə Orta Dəhlizin dəmir   avtomobil yolları ilə daşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək. Uraloğlu bildirib ki, xəttin Ermənistanla sərhədə qədər olan hissəsinin tikintisi davam edir Horadizdən Naxçıvanın Ordubad rayonuna qədər 166 kilometr uzunluğunda yeni dəmir yolu inşa ediləcək. Zəngəzur rayonundan keçəcək xəttin 43 kilometrlik Ermənistan hissəsinin tikintisi ilə bağlı Azərbaycan Rusiya arasında danışıqların aparılacağını deyən Uraloğlu dəmir yolu xətti ilə paralel olaraq, yerüstü avtomobil xətlərinin istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görəMərkəzi Asiya, Xəzər regionu, Azərbaycan Ermənistanı Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizi sosial-iqtisadi, geosiyasi geostrateji xüsusiyyətlərə malikdir buna görə Rusiya, Azərbaycan, Türkiyə Ermənistan arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional dekommunizasiyaya müsbət təsir göstərəcək.

 

NE Global”: Enerji təchizatı nəhəngləri Azərbaycan Qazaxıstan yaşıl iqtisadiyyat variantlarını müzakirə edirlər

NE Global xəbər saytı Azərbaycanın energetika naziri Pərviz Şahbazovun müsahibəsini yayımlayıb. Sözügedən yazıda qeyd edilib ki, Azərbaycan Avropaya ənənəvi enerji mənbələrinin etibarlı ixracatçısı olmaqla, həmçinin bərpaolunan enerji layihələrini inkişaf etdirməyi planlaşdırır.

"Biz qalıq yanacaqların ənənəvi istehsalçısı ixracatçısıyıq indi bərpaolunan enerji mənbələrini istehsal edəcəyimiz yeni mərhələyə daxil oluruq. Keçmişdə əldə etdiyimiz ən yaxşı təcrübələrə uyğun olaraq, indi müzakirə edir Azərbaycanda mövcud olan artıq bərpaolunan enerji mənbələrini nəql etmək yollarını axtarırıq", - deyə Şahbazov iyunun 9-da Astana Beynəlxalq Forumu çərçivəsində çıxış edərkən bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycanın quruda dənizdə son dərəcə böyük həcmdə bərpaolunan enerji mənbələri var təbii ki, ölkə daxilindəki bu mənbələrdən qədər çox istifadə edilərsə, ixrac üçün bir o qədər çox təbii qazımız olur.

Azərbaycan Qazaxıstan öz yaşıl iqtisadiyyat imkanlarını fəal şəkildə araşdırırlar. "Düşünürəm ki, birinci mərhələdə Qazaxıstan Azərbaycan daxili tələbatı təmin etməyə çalışır bundan sonra bəlkə bərpaolunan enerji mənbələrinin enerji ixracı üçün birgə işlənməsi məsələsi ortaya çıxacaq", - deyib Azərbaycanın energetika naziri Qazaxıstanın paytaxtı Astanada.

Azərbaycan Qazaxıstan artıq Xəzərin dibi ilə yüksəkgərginlikli kabel layihəsinin həyata keçirilməsinə başlayıb.

Astana Beynəlxalq Forumu çərçivəsində "Bərpaolunan enerjidə regional inkişaf: enerji təhlükəsizliyinin təmin edilməsinin alternativ yolları" mövzusunda panel müzakirəsi zamanı P.Şahbazov, Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov regional enerji əməkdaşlığına dair çıxış edib.

 

The Jerusalem Post”: Minaların  partlamasından hər il təxminən 5000 insan ölür

Ukrayna, Azərbaycan Ermənistandan tutmuş Əfqanıstan, Qolan təpələri ərəb dünyasındakı münaqişələrdə minalar mülki əhali üçün əsas təhlükə olaraq qalır.

Bu barədə İsrailin The Jerusalem Post saytı yazıb. BMT xəbər verir ki, son hesablamalara görə, 2021-ci ildə minalardan 5500-dən çox insan həlak şikəst olub. Onların əksəriyyəti mülki şəxslər, yarısı isə  uşaqdır. Minaların Qadağası Müqaviləsinin qəbul edilməsindən iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, 70-ə yaxın ölkə ərazidə təxminən altmış milyon insan hələ hər gün mina riski ilə yaşayır

 

Republic radio of Armenia”: Almaniya Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer erməni həmkarı Vaaqn Xaçatryanla görüşüb. Bu barədə Ermənistanın ictimai radiosu məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə ediblər. Almaniya Prezidenti İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vacibliyini qeyd edib bunu münasibətlərin normallaşdırılması üçün əhəmiyyətli addım adlandırıb.

"Respublika".