Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır

Əsrin fəlakətində ölkəmiz can dostunu ağır sınaqla baş-başa buraxmadı

"Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti xalqı dərdimizi öz dərdi kimi bölüşdü dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan millətim adından minnətdaram". Bu sözləri iyunun 13- Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyev ilə geniş tərkibdə keçirilən görüşdə deyib.

Həqiqətən Azərbaycan qardaş ölkə Türkiyədə baş vermiş əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələdə can dostunu ağır sınaqla baş-başa buraxmadı. Təbii fəlakətin ilk günündən dövlət xalq olaraq hamılıqla - yaşından, vəzifəsindən asılı olmayaraq Türkiyənin düşdüyü bu ağır durumda qardaş dərdini öz dərdimiz bildik, misli görünməmiş ağır fəsadları aradan qaldırmaq üçün dərhal səfərbər olduq. Demək yerinə düşər ki, ölkəmizdə ən son belə birlik bərabərliyi İkinci Qarabağ müharibəsində görmüşük. Bu isə o deməkdir ki, dinindən, irqindən, siyasi görüşündən asılı olmayaraq hər bir vətəndaşımız Türkiyəyə dəstək nümayiş etdirmək üçün hər an bir yerdə olmağa hazırdır.

Fevralın 6-da yerli vaxtla saat 04:17- Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24- isə Elbistan rayonunda 7,6 bal gücündə baş vermiş iki zəlzələ bir gün sonra fevralın 7- Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir yeraltı təkanın qeydə alınması nəticəsində 40 mindən çox insan həyatını itirmiş, yüz mindən çox insan yaralanmışdı. Minlərlə yaşayış binası dağılaraq yararsız hala düşmüşdü. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyətin elan olunması hadisənin dərəcə şiddətli olmasından xəbər verirdi.

Prezident İlham Əliyev hadisəyə ilk dərhal reaksiya verərək öz tviter hesabından Türkiyə xalqına başsağlığı verib hər cür yardıma hazır olduğunu bildirmişdi. Elə ilk gündəcə ölkə başçısının tapşırığı ilə Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü. Bir qədər sonra isə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar digər zəruri vasitələri hadisə yerinə çatdırmaq üçün ikinci təyyarə Türkiyəyə yola salınmışdı. Azərbaycan dövləti Türkiyə ilə bərabər bütün imkanlarını səfərbər edərək son günə qədər axtarış-xilasetmə işlərini davam etdirmiş, digər ölkələrdən gələn qruplara nisbətən ən axırıncı olaraq geri dönmüşdü.

Daima humanist addımları ilə diqqətçəkən Heydər Əliyev Fondu da belə ağır məqamda Mehriban Əliyevanın göstərişi ilə genişmiqyaslı humanitar yardım kampaniyası başlatmışdı. Fevralın 9-u, 11-i, 15-i 16-da Fondun humanitar yardım təyyarəsi Türkiyəyə göndərildi. Faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək s. daxil olmaqla tibbi ləvazimat avadanlıqlar, eləcə isti geyimlər aparan xüsusi təyyarələr zəlzələ bölgəsinə enmişdi. Azərbaycan axtarış-xilasetmə qrupları tibbi personalımızın səyləri nəticəsində dağıntılar altından 53 nəfər sağ, 780 nəfərin cəsədi çıxarılıb 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Ümumilikdə 940 nəfər, xilasedici, tibb personalı könüllülər fəlakətdən əziyyət çəkən insanlara yardım məqsədilə zəlzələ bölgəsinə göndərilmişdi. Fevralın 6-dan martın 15- qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD digər humanitar qurumların bank hesabına köçürülmüş, 5320 ton humanitar yardım Türkiyəyə çatdırılmışdı.

Azərbaycanın etdiyi yardımlarla kifayətlənməyərək, martın 20- Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Türkiyə Suriyadakı insanlar üçün birlikdə" Beynəlxalq Donorlar Konfransında təmsil olunan ölkəmiz zəlzələ nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması üçün Türkiyə hökumətinə xalqına maddi dəstək olaraq 100 milyon dollar vəsait ayırıb. Dövlətimizin qardaş ölkəyə dəstəyi yalnız maddi humanitar sahədə məhdudlaşmayaraq siyasi müstəvidə davam etdirilib. Belə ki, martın 16- Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövləti Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Halbuki TDT-nin toplantısının öncədən Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsini təklif etmişdi. Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adından Türk milləti adından təşəkkürünü bildirmişdi. Dövlətimizin başçısı TDT Zirvə görüşündə çıxışında on minlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələnin fəsadlarından kədərləndiyini, Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyərək, Azərbaycan Türkiyənin həm sevincli, həm kədərli günlərdə daim bir-birinin yanında olduğunu qeyd etmişdi. Azərbaycanın etdiyi daha bir yardım aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik texnologiya festivalı çərçivəsində olmuşdu.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu. Zəlzələnin ilk günündən öz həmrəyliyini nümayiş etdirən Azərbaycan Türkiyənin kürəyinin yerə gəlməsinə düşmənlərinin sevinməsinə icazə vermədi. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasında hər cür köməklik göstərən Azərbaycan, hər zaman sevincimizin kədərimizin bir olduğunu, çətin zamanda dost qardaş Türkiyəni tək qoymadığını göstərdi. Bütün dünya bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi, dönməz sarsılmazdır.

Musa BAĞIRLI,

"Respublika".