ƏMƏK YARMARKASI KEÇİRİLİB
Region

ƏMƏK YARMARKASI KEÇİRİLİB

Daşkəsən Rayon İcra Hakimiyyətinin, KOBİA-nın və Gəncə Regional Turizm İdarəsinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Daşkəsən şəhər Mədəniyyət Mərkəzində dövlət, özəl və sahibkarlıq subyektlərinin iştirakı ilə əmək yarmarkası keçirilib. Tədbir “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” müvafiq bəndlərinin icrası məqsədi daşıyıb. Əmək yarmarkasında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov və digər təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Tədbirdə çıxış edənlər ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən ardıcıl işlərdən, qarşıda duran vəzifələrdən ətraflı söhbət açıblar, işəgötürülənlərə və iş axtaranlara uğurlar arzulayıblar.

Yarmarkada işlə təmin olunmaları üçün müraciət edən 200 nəfərin müvafiq sənədləri qəbul olunaraq qeydiyyata alınıb.

                    Zabit XƏLİLOV,

                    “Respublika”.