Könlüm keçir o yerlərdən...
Digər xəbərlər

Könlüm keçir o yerlərdən...

Tarixi Azərbaycan torpaqları olan Qarabağ Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953- illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq burada erməni dövləti yaratmaq niyyəti güdən rus imperiyasının çoxdankı işğalçılıq planının tərkib hissəsi idi. İran Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü.

Erməni vandalları 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Hər diviziyada bir neçə polk olmaqla Arisyan İrəvan ətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Naxçıvanı, Zəngəzuru sair yerləri zəbt etməli idi. Çox keçmədən ermənilər tərəfindən 20 min müsəlman əhali qətlə yetirildi. Ermənilər İrəvan ətrafında olan rayonlarda 150 kəndi dağıdıb əhalisini qırmış, tək Vedi rayonunda Millidərə, Çanaxçıdərə zonasında 17 kəndin əhalisini damlara doldurub yandırmışdılar. Göyçə gölü ətrafı rayonlarda yüzlərlə kəndi dağıtmış, əhalisini qovmuşdular.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçdilər. V.İ.Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edərək erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi təşkil etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradıb xalqımıza qarşı soyqırımı törətdi. Daşnak quldurlar Qərbi Azərbaycanın Qaranlıq, Bəyazid, Gərni, Əştərək, Talin, Cəlaloğlu bir neçə başqa rayonlarda qanlı terror hadisələri həyata keçirdilər.

1918-ci ilin ortalarında erməni vəhşiliklərinə qarşı mübarizə aparmaq üçün Qərbi Azərbaycanın qeyrətli oğulları Abbasqulu bəy Şadlinskinin başçılığı ilə silahlı özünümüdafiə batalyonu yaratdılar.

1918-ci ilin sonunadək daşnak ordusu İrəvan quberniyasında 200 azərbaycanlı kəndini qarət edib yandırmışlar. Sağ qalmış soydaşlarımız dağlara qaçmış yollarda acından, soyuqdan tələf olmuşlar. 100 min nəfərədək azərbaycanlı Kəvər (Nor Bayazit), Sirməli, İrəvan, Eçmiədzin digər əraziləri tərk etməyə məcbur olmuşdur.

Daşnak hökuməti İrəvan xanlığı ərazisində hakimiyyətə gəldikdən sonra fəaliyyət dairəsini olduqca genişləndirmişdir. Hər şeydən öncə bu ərazidən müsəlmanların tamamilə çıxarılmasına hökumətin möhkəmləndirilməsinə çalışırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri hökumətə yardım etməyə sövq edir, xristian dövlətlərini din qardaşı pərdəsi altında havadarlığa çağırırdı.

Qafqazda ermənilərin törətdikləri vəhşiliklər Qərbi Azərbaycanın Vedi torpağında böyük insan tələfatına səbəb olmuşdur. Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo, Səttar oğlu Musa daşnak qoşunlarına sarsıdıcı zərbələr endirmişlər. Qəmərli (indiki Artaşat), Zəngibasar (indiki Masis) Eçmiədzin od tutub yanırdı. Qəmərlidə olan 102 kənddən 94-, Eçmiədzində olan 71 yaşayış məntəqəsindən 67- azərbaycanlılar yaşayırdı.

Ümumiyyətlə, 1918-ci ildə ermənilər Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı qanlı terror hadisələri törətmiş, azərbaycanlılar öz ata-baba torpaqlarını tərk edib Türkiyəyə, İrana digər ərazilərə qaçmağa məcbur olmuşlar.

Azərbaycan parlamenti 1919-cu il yanvarın 8- İrəvan quberniyası əhalisinin bir qrupunun İrəvan millət vəkillərinin bəyanatını müzakirə etdi. Bəyanatda deyilirdi: "1917-ci ilin dekabrından başlayaraq 1918-ci ilin iyununadək erməni hərbi hissələri İrəvan müsəlman kəndini talan etmiş yandırmışlar, əhalinin bir hissəsi dağlara qaçmış, aclıqdan soyuqdan burada həlak olmuşlar".

1948-1953- illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza İ.Stalin, V.Molotov, Q.Harutyunov tərəfindən xəyanət toru hazırlanmış, xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar Qərbi Azərbaycandan 150 minə yaxın azərbaycanlı Ermənistandan zorla köçürülmüş, Kür-Araz ovalığında yerləşdirilmişdir.

1988-ci ildə ermənilər yenidənqurma adı altında Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirdi. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı soydaşlarımız çox böyük amansızlıqlarla üzləşdilər. Nəhayət, sonuncu nəfərə qədər min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı.

1988-ci ildə Qərbi azərbaycanlıların deportasiyasına ermənipərəst Qorbaçov göz yumdu. Haqq, ədalət tapdandı. Qərbi Azərbaycandan 300 min soydaşımızın taleyinə qaçqınlıq yazıldı. Bir vaxtlar sovetlər ittifaqı azərbaycanlıları erməniləri qardaş xalqlar kimi qələmə verirdi. Yalnız sovetlər birliyi dağıldıqdan sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra "1948-1953- illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənəd oldu. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Toplantıda ölkə başçısı əminliklə bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Bəli, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Vətən müharibəsində 44 günlük tarixi qələbəmizdən sonra ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdışın reallığa çevrilməsidir. Bu məqsədlə, Qayıdış Konsepsiyası hazırlanmışdır. Qərbi Azərbaycan İcması məqsədyönlü aparır. Bu günlərdə Almaniyanın Berlin şəhərində Qərbi azərbaycanlıların konfransının keçirilməsini yüksək dəyərləndirirəm.

Mən Göyçə mahalından, Basarkeçər rayonunun Böyük Məzrə kəndindənəm. Vətən, yurd üçün çox darıxıram. Göyçə gölünün nəğməli sahillərinə qayıdacağımız gün heç uzaqda deyil...

Səyavuş MƏMMƏDOV,

  adamı.