Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.

* * *

Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq qoruyacağıq.

 

Biz çox şadıq ki, "soyuq müharibə" arxada qalıb Birləsmiş Ştatlarla Azərbaycan bir-birinə bu qədər yaxındır. İndi əsas vəzifələrimizdən biri ölkələrimizi daha da yaxınlaşdırmaqdır. Son dövrdə Azərbaycanda bu qədər iqtisadi siyasi dəyişikliklərin olmasına heyranıq hesab edirik ki, bunlar getdikcə artacaqdır. Bütün bunlar Prezident Heydər Əliyevin rəhbərliyi ilə baş vermişdir.

Lourens İQLBERGER,

ABŞ-ın sabiq dövlət katibi.

 

Müstəqillik yolu tutmuş Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə demokratik islahatların həyata keçirilməsində əldə olunmuş nailiyyətlərdən xəbərdarıq. Böyük Britaniya Azərbaycanda gedən demokratikləşmə proseslərini diqqətlə izləyir.

Robin KUK,

Böyük Britaniyanın sabiq xarici işlər

birlik işləri naziri.

 

Heydər Əlirza oğlu Əliyev həqiqətən dünyaşöhrətli böyük, əfsanəvi insan, Azərbaycan xalqının atası Rusiyanın dostu idi. Onun yüksək peşəkarlığı, adamlarla işləmək bacarığı sayəsində Azərbaycanda istər dövlətdaxili, istərsə xarici siyasət səviyyəli bir çox problematik məsələlər uğurla həll edilirdi.

Fazil İZMAYLOV,

Moskva şəhəri Sokol Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

 

Heydər Əliyeviç Sovet İttifaqında da, bu böyük ölkə dağıldıqdan sonra da bir çoxları arasında xüsusi həyat mövqeyi ilə hər cəhətdən seçilmişdir. Mən Naxçıvana onun yanına getmişdim. Heydər Əliyeviç üçün çox çətin olan həmin vaxtlarda biz hamımız onu dəstəkləyirdik. Mən şadam ki, həyatımda belə bir insanla tanış olmuşam, bu isə gəlişigözəl sözlər deyildir. Bizim oxşar cəhətlərimiz çox idi deyə bilərəm ki, o, mənim üçün böyük qardaş, ata, dost idi.

Boris QROMOV,

Moskva vilayətinin sabiq qubernatoru.

 

 

Prezident Heydər Əliyev narahat dövrlərdə ölkənizin inkişafına verdiyi töhfəyə görə heç bir vaxt unudulmayacaqdır. Azərbaycanın beynəlxalq strukturlara inteqrasiya yoluna çıxarılması ölkənizin tarixində ən əhəmiyyətli nailiyyətlərdən biri kimi fərqlənəcəkdir.

Doktor Jan Peter BALKENENDE,

Niderland Krallığının sabiq Baş naziri.

 

Heydər Əliyeviçlə ilk ünsiyyətdən sonra başa düşdüm ki, bu insanın yanına gedəndə görüşə ciddi hazırlaşmaq lazımdır. Ona hər hansı bir məsələ barədə elə-belə danışmaq olmazdı, hər şey konkret, dəqiq, əyani aydın olmalı idi. Onun özü belə danışırdı. O, çox böyük qabiliyyətinə malik, çox diqqətcil insan idi, təkcə respublikanın təsərrüfatı ilə bağlı məsələlərə deyil, hərbi məsələlərdə xüsusən xarici siyasət məsələlərində çox savadlı səriştəli idi. Bir sözlə, demək istəyirəm ki, o, qeyri-adi insan, işini bilən, sözünün sahibi olan, ağlasığmaz dərəcədə əməksevər insan idi.

Aleksandr KOVTUNOV,

general-polkovnik, RF Təhlükəsizlik

Hüquq Qaydası Akademiyasının üzvü.

 

Dünyamiqyaslı bu məşhur siyasətçinin sadəliyi məni heyran etdi. Heydər Əliyev təkcə Cənubi Qafqazda deyil, həm bütün Xəzər regionunda sabitliyin dayağı idi. Mən həmişə hesab etmişəm ki, Heydər Əliyev nəinki gözəl siyasətçi, həm mahir diplomat idi.

Yuri KOÇUBEY,

Ukrayna XİN yanında Diplomatiya

Akademiyası, professor.

 

Azərbaycanın müasir dövlətçiliyinin banisi məhz Heydər Əlirza oğlu olmuşdur. Uralmaşçılar Heydər Əlirza oğlunun rəhbərliyi ilə respublikanın necə tərəqqi etdiyini öz gözləri ilə görmüşlər.

Viktor VOROPAYEV,

"Uralmaş" zavodunun sabiq baş direktoru.