RƏŞADƏTLİ DÖYÜŞ YOLU
Sosial həyat

RƏŞADƏTLİ DÖYÜŞ YOLU

Aprel döyüşləri Qarabağda 1994- ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin ilk övladı olan Raqufun özündən başqa üç qardaşı bir bacısı var. Hələ uşaq yaşlarından hərb sahəsinə həvəsi olan Raquf 1990- ildə Azərbaycan Ordusunun sıralarına daxil olur. Həmin dövrdə Birinci Qarabağ müharibəsinin davam etdiyi vaxtlarda Allahverdi Bağırovun könüllü döyüşçülərdən ibarət dəstəsinə qoşulur.

Raquf Orucov könüllü dəstənin tərkibində döyüşərək üç-dörd ay ərzində Fərrux dağı Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alır. Qısa müddət sonra erməni işğalçılarının Ağdama hücum etməsi nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov dünyasını dəyişir. 12 iyun 1993- ildə Ermənistan Silahlı Qüvvələri Raqufun anadan olduğu Ağdam rayonunun Cinli kəndini işğal edir. Həmin hücum vaxtı Raqufun anası Raya xanım da vəfat edir. Həmin il Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verir, ancaq məktəbə qəbul ola bilmir. Bir il sonra yenidən həmin hərbi məktəbə müraciət edən Raquf qəbul olur. O, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il təhsil alır. Həmin dövrdə Raqufa məktəbdə verilən təqaüdü özünə xərcləmir, atasına, onlara analıq edən nənəsinə verir. Həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alır.

Zabit kimi fəaliyyətə başlayan Raquf Orucov ön xəttə getmək üçün can atır 1996- ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alır. Kəşfiyyat bölük komandiri kimi xidmətinə davam edir xidməti dövründə polkovnik-leytenant rütbəsinə qədər yüksəlir. Düşmənə qarşı bir çox kəşfiyyat əməliyyatlarında iştirak edir. Onlardan biri, Kəlbəcərdə alay komandirinin oğlunu girov götürdüyü hadisədir. Belə ki, 1996- ildə ermənilər Murovdağda 7 Azərbaycan əsgərini əsir götürürlər. Onların geri qaytarılması üçün təcili işlərin görülməsi tapşırılır. Bu səbəblə Raquf o vaxtlar erməni işğalında olan Kəlbəcərə kəşfiyyata getmək qərarına gəlir. 6 nəfərlik heyətlə yola düşən Raquf kilometrlərlə piyada yol gedərək ermənilərin nəzarətində olan postlara çatır. Həmin gün 3 erməni döyüşçüsü əsir götürülür. Onlardan biri isə erməni komandirin oğlu olur. Həmin əsirlər vasitəsilə erməni tərəfdə girov saxlanılan 7 hərbçi geri qaytarılır.

Bu hadisədən 3 il sonra Raquf dəstəsinə başqa bir kəşfiyyat əmri gəlir. Şəhid polkovnik-leytenantın komandiri olmuş Rasim Fərşidov Raqufun həyata keçirdiyi həmin əməliyyatı belə xatırlayır:

"1998-ci ildə Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması videoçəkiliş aparılması üçün göstəriş verildi. Bir qrupda bölük komandiri kimi Raqufun, digərində isə taqım komandirinin dəstəsini seçdim. Hazırlaşıb yola çıxdıq axşama yaxın təmas xəttindəki sonuncu posta çatanda taqım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini keçməliyik. Amma taqım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirsin".

Raquf öz dəstəsi ilə lazım olan cihazları götürərək yola düşür. Ömər aşırımından Yanşağa qədər olan məsafəni qət edərək əmr verilən yerə çatır. Lazım olan məntəqəyə çatanda əlaqə saxlayıb apardığı müşahidə çəkdiyi video barədə məlumat verir. Daha sonra Raquf həmin əməliyyatı uğurla başa vuraraq geri qayıdır.

Bundan sonra onu "Murov Qartalı" adlandırmağa başlayırlar. Raquf həmin vaxtlar dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına kəşfiyyata gedir uğurlu əməliyyatlar həyata keçirir. Onun tez-tez getdiyi yerlərdən biri doğulduğu Ağdam rayonunun Cinli kəndi idi. Erməni hücumu nəticəsində dünyasını dəyişən anasının qəbri orada yerləşirdi. Raquf hər dəfə Ağdama kəşfiyyata gedəndə anasının məzarını da ziyarət edirdi. Raqufun sonuncu döyüşü 2016- ilin aprel ayında baş verir. Həmin döyüşdə şəhid olan Raquf aprelin 5-i dəfn edilir. Aqşin Nihad adlı oğulları Vətənə əmanət qalıb.

Raquf nümunəvi hərbi xidmətlərinə görə 1995-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, 1998-ci ildə "Hərbi xidmətlərə görə", 2001-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, 2003- ildə "Qüsursuz xidmətə görə" III dərəcəli, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, 2008-ci ildə "Qüsursuz xidmətə görə" II dərəcəli, 2013- ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, 2013- ildə "Qüsursuz xidmətə görə" I dərəcəli, 2016- ildə "İgidliyə görə" medalları ilə təltif olunmuşdur.

Əli SADIQOV,

"Respublika".