İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Stolüstü tennisçilərimiz dünya reytinqində birincidirlər

Stolüstü tennisçilərimiz Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq - qoşa növdə dünya birincisidirlər. Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. İlk üçlüyü Sinqapur Livan idmançıları tuturlar. Reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq martda Antalyada keçirilən "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülüblər.

 

Aerobika gimnastlarımız beynəlxalq turnirdə çıxış ediblər

Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva Xədicə Quliyeva təmsil ediblər. Qeyd edək ki, Azərbaycanda aerobika gimnastikası 2013- ildən inkişaf etməyə başlayıb. Gimnastikanın bu növü üzrə yarışda ən yaxşı nəticə üçlük proqramında əldə olunub. Komandamızın üzvləri beşinci pillədə qərarlaşıblar. Fərdi proqramda çıxış edən Leyla Bejanova isə yarışı 24- pillədə başa vurub.

 

Taekvondoçularımız təsnifat yarışlarında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları aprelin 8- Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək üçüncü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər. Yarışlarda Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) Həmidreza Bədriəliabadi (+87 kq) qüvvələrini sınayacaqlar. Turnirdə hər çəki dərəcəsinin qalibi Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarında iştirak hüququ qazanacaq. Qeyd edək ki, Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib.

 

Azərbaycan çempionatında finalçılar məlum olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın növbəti oyunları keçirilib. İlk matç "Murov" "Abşeron" komandaları arasında olub. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesab ilə məğlub edib. Komandaların mübarizəsində qalib üçüncü oyunda müəyyənləşəcək. Yarımfinalın digər matçı UNEC- "Azərreyl" arasında olub. İlk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə qalib olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.

 

Nərgiz İSMAYILOVA,

"Respublika".