Azərbaycan qisasını döyüş meydanında aldı
Digər xəbərlər

Azərbaycan qisasını döyüş meydanında aldı

Ötən əsrdə ən faciəli hadisə kimi tarixə yazılmış Azərbaycan-Ermənistan münaqişəsi... Təsirləri hələ günümüzdə davam edir. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Bunun ardından XX əsrin son illərində tarixi dədə-baba torpaqlarımızın amansızcasına işğal edilməsi geri dönüşü olmayan yolun başlanğıcı oldu. Həmin illərdə Ermənistanın şiddətlənən hərbi təcavüzü, həmçinin Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. 30 il müddətində ərazilərimizi talayıb məhv etmələri ermənilərin vandalizminin açıq nümunəsidir. Bu müddət ərzində düşmən dövlət öz çirkin əməllərindən əl çəkməyib, tez-tez terror aktları həyata keçirirdi hələ davam etməkdədir.

2016- ildə münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl atmışdı. Aprelin 2- təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı ərazilərə, o cümlədən məktəblərə, xəstəxanalara ibadət yerlərinə atəş zərbələri endirmişdi. Hadisə nəticəsində dinc əhalidən 6 nəfər həlak olmuş, 33 nəfər isə xəsarət almışdı. Bu illər ərzində iki ölkə lideri arasında Vyana Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılmış, lakin buna baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə münaqişənin həllində irəliləyiş əldə olunmamışdı.

2020-ci il sentyabrın 27- isə düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Lakin qəddar düşmən müharibə zamanı da çirkin əməllərindən vaz keçmirdi. Müharibə zamanı Gəncə, Bərdə, Ağdam, Tovuz, Mingəçevir kimi böyük şəhərlərimizə qəsdən ballistik raketlər ataraq terror aktı törətdilər. Təsadüfi deyil ki, siyasi arenada olan bir sıra qurum təşkilatlar bu aktları "müharibə cinayəti" adlandırmışdılar. Bunun əksinə, Azərbaycan sadəcə öz qisasını döyüş meydanında almışdı. Bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışı zamanı da vurğulamışdı: "Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir".

Gəncə terroru zamanı bir çox xarici media nümayəndəsinin əraziyə yaxın olması anında hadisə yerinə gəlib bu aktı dünyaya çatdırması bir daha Ermənistanın terror ölkəsi olmasını təsdiqlədi. Bu aktların da bir sıra səbəbləri var idi. Onlardan biri Azərbaycan xalqının gözünü qorxudaraq qələbə əldə etmək idi. Lakin Paşinyan hakimiyyəti Azərbaycanın onun xalqının necə dözümlü, səbirli mərd bir xalq olduğunu unutmuşdu. Heç bir qorxu olmadan bütün xalq könüllü şəkildə müharibəyə getmək üçün yazılmış, arxa cəbhədə əlindən gələn hər şeyi edirdi. Bunun nəticəsidir ki, çox qısa zamanda, 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti rəşadətli Azərbaycan ordusunun gücü sayəsində torpaqlarımız amansız, riyakar, terrorçu dövlətin çirkli pəncələrindən qurtuldu. Lakin müharibədən sonra da mənfur düşmən dinc dayanmır. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan hərbi ləvazimatların, silah-sursatın şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən Azərbaycan Ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədilə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb qarşılıqlı atışma başlayıb. Nəticədə Əlibəyli Şəhriyar Hüseynov Eşqin şəhid olublar. Həmçinin Ermənistan tərəfindən itkilər var. Mənfur düşmən unutmamalıdır ki, onlar tərəfindən törədilən hər bir aktın adekvat cavabı həm döyüş meydanında, həm hüquqi müstəvidə alınacaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".