Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da yüksəlmək üçün bu, yeganə bir yoldur.

 

Cənab Heydər Əliyevlə görüşərkən onun nadir şəxsiyyətlərə xas olan dahiyanə xüsusiyyətlərinin şahidi olmuşdum. 0, Azərbaycana sülh və əmin-amanlıq gətirən böyük şəxsiyyət idi.

Henk Markart ŞOLTS.

Beynəlxalq Prokurorlar Assosiasiyasının

sabiq baş katibi.

 

Çox təcrübəli siyasətçilərdən biri kimi şəksiz nüfuza malik olan Heydər Əlirza oğlunun fəaliyyəti bir çox dünya dövlətlərinin liderləri üçün nümunə idi. Biz hamımız bu dahi insanın müasirləri olduğumuzdan qürur hissi duymalıyıq.

T.SULTANOV,

"Dağıstan-Azərbaycan" Regional Dostluq

Cəmiyyətinin sabiq sədri.

 

Azərbaycana rəhbərliyi ilə və ölkənizdə islahatların aparılması, iqtisadiyyatın inkişaf etdirilməsi və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün atdığı təsirli addımlarla Prezident Heydər Əliyev bizi heyran etmişdir. Azərbaycan Respublikası onun etibarlı rəhbərliyi ilə çox böyük müvəffəqiyyətlərə nail olmuşdur.

Kennet İ.RUBİN,

Amerikanın "Pi-Ey Konsaltinq Qrupu"nun sabiq prezidenti və baş icraçı direktoru.

 

Cənab Prezident Heydər Əliyev öz təcrübəsi və müdrikliyi ilə Azərbaycan xalqına tarixin ən çətin məqamlarında yol göstərmiş, öz xalqının suverenliyini və müstəqilliyini qorumuş və bununla da, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə müasir inkişafına və təsdiqinə şərait yaratmışdır.

professor Adrian BAVARU,

 "Ovidius" Universitetinin sabiq rektoru.

 

Hörmətli cənab Heydər Əliyevin həyat yolu və fəaliyyəti türk toplumu tərəfindən çox yüksək dəyərləndirilir, heç zaman unudulmayacaq, xalqların qəlbində və yaddaşında əbədi olaraq yaşayacaqdır.

professor, doktor Cavad YAQUT,

Türkiyə Ürək-Damar

Cərrahiyyəsi Dərnəyinin sabiq sədri.

 

 

Prezident Heydər Əliyevin bizim təşkilatın işini dəstəkləməsi və xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Anlaşma memorandumunu şəxsən imzalaması yadımızdan çıxmaz.

Kristian ŞTROHAL,

ATƏT-in Demokratik Təsisatlar və

İnsan Hüquqları bürosunun sabiq direktoru.

 

Heydər Əliyevin həyat yolu öz xalqına, regionda və bütün Planetdə sülhə və sabitliyə xidmətin nümunəsidir. Onun cəmiyyət naminə titanik zəhməti, fədakarlığı sayəsində Azərbaycan möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir. O, ölkənizin gəncləri üçün yolgöstərən ulduz idi. Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün nümunə ola bilər.

Aleksandr BONDAR,

Avrasiya Regional Bürosunun sabiq direktoru.

 

Zati-aliləri Heydər Əliyev tarixdə dahi siyasətçi, güclü şəxsiyyət və sevilən rəhbər kimi qalacaqdır. Onun şəxsiyyəti və müdrikliyi dünyada çox insanları heyran etmişdir.

Minoru MUROFUŞİ,

"İTOÇU Korporeyşn" şirkətinin sabiq sədri.

 

Prezident Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf etdirilməsində öz həmvətənlərinə böyük töhfə verdiyinə görə yadda qalacaqdır. On ildən çox müddət ərzində onun rəhbərliyi daha da güclü ölkənin və daha da sabit regionun qurulmasına kömək etmiş və Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutmasında həlledici rol oynamışdır.

Çarlz R.UİLİAMSON,

Amerikanın "YUNOKAL" korporasiyasının sabiq sədri və baş icraçı direktoru.

 

Azərbaycan tarixində Heydər Əliyev bu ölkəyə iftixar, nüfuz qüdrət bəxş etmiş adam kimi yadda qalacaqdır.

S.Rob SUBHANİ,

Amerikanın "Kaspian Enerji Konsaltinq"

şirkətinin sabiq prezidenti.