Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 7 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, indiyə qədər isə ümumilikdə 7 milyon 507 min 868 test icra olunub.                                  

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 287 doza vaksin vurulub

Fevralın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 287 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 95, ikinci doza vaksinlərin sayı 92, üç və daha çox doza vaksinlərin sayı 89, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 750, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 219, ikinci mərhələ üzrə 4 milyon 878 min 64, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 41, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 426-dır.