KOTİROVKA
Reklam və elanlar

KOTİROVKA

Azərbaycan Respublikası Ali Məhkəməsi "FortiGate-81E (Primary S/N: FGT81ETK18001492, Backup S/N: FGT81ETK18001735) 1 Year Unified Threat Protection (UTP) (IPS, Advanced Malware Protection, Application Control, Web & Video Filtering, Antispam Service, and 24x7 FortiCare)" - 1 illik lisenziyanın satınalınmasına (E-KOTİROVKA) dəvət edir

Kotirovkada iştirak haqqı: 100 manat

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması, son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair arayış.

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (yüklülük barədə arayış);

- İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış);

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

- Kotirovkada iştirak edən şirkət məhsul üzrə "İstehsalçı Tərəfindən Avtorizasiya Forması" ("MAF" Manufacturer Authorization Form) təqdim etməlidir;

- Kotirovkada iştirak edən şirkət məhsula texniki dəstək göstərilməsi üçün daxili mütəxəssisə malik olmalıdır.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri və təklifi 21.11.2022-ci il saat 18:00-ə qədər təqdim etməlidirlər.

Zərflərin açılış tarixi və vaxtı: 22.11.2022-ci il tarixdə saat 09.00-da

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada Dövlət Satınalmaları Vahid İnternet PORTALI vasitəsilə aparılır.


AM184/2022 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan "Naxçıvan" gəmisinin MAN 5S26MC baş və MAN D2842 LE301 köməkçi mühərriklərinin ehtiyat hissələrinin satınalınması məqsədi ilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il noyabrın 21-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.