Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə cari regional vəziyyəti müzakirə ediblər.

 Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

AZƏRTAC