Göyçay: Mərdlik nümunəsi
Sosial həyat

Göyçay: Mərdlik nümunəsi

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anadan olmasının 39-cu ildönümünə həsr olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Müdafiə NazirliyiNsaylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ziyarətçilər  şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsr olunmuş qısa videoçarxı izlədikdən sonra  Şəhidlər xiyabanına gələrək şəhidin məzarı önünə  gül-çiçək dəstələri düzüb, əklillər qoyublar.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid Vidadi Xəlilovun qısa mənalı ömür  yolundan danışıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, qayğı diqqətdən söz açılıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində yaratdıqları qüvvələrini 44 günə darmadağın etdi   məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildiBu, Azərbaycan hərb tarixinin ən parlaq, ən şanlı səhifəsi idi.

Tədbirdə çıxış edənlər —  polkovnik-leytenant Vidadi Xəlilovun döyüş yoldaşları, Qafqaz Müsəlmanları İdarəsi Regional Şöbəsinin sədri Rəsul Kazımov, şair Elşən Xəzər, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Gənclərin İnkişaf Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin direktoru Coşqun İsmayılov başqaları  şəhid Vidadi Xəlilovun  Azərbaycanın  dövlət sərhədinin bərpa edilməsindədöyüş əməliyyatları zamanı  nümayiş etdirdiyi mərdlik igidlikdən söz açdılar.

Şəhidin anası Əminə Xəlilova şəhid ailələrinə göstərilən diqqət qayğıya görə ölkə başçısına  rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır.

Maarif RZAYEV

Respublika”.