2023-cü ilin 9 ayında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib
Sosial həyat

2023-cü ilin 9 ayında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib

Cari ilin ötən doqquz ayında sahibkarlar KOB evlərinə daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük və digər xidmətlər üçün müraciət ediblər.

2023-cü ilin yanvar-sentyabr aylarında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 224 mindən çoxu “Bakı KOB evi” nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin, 17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşür.

Xidmətlərin 271 mindən çoxu dövlət qurumları (“G2B”), 14 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib. Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Nəriman Cavadov,

“Respublika”.